Səkkiz ayda ölkəyə 26 min 695 avtomobil idxal olunub

15:45 - 18.09.2019


18 sentyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin açıqlamasına əsasən, cari ilin səkkiz ayında Azərbaycana idxal olunan avtomobillərin sayı 26 min 695 olub.

Qeyd olunur ki, ölkəyə gətirilən avtomobillərin 246-sı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 24 min 88-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 2262-si yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 99-u isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

 

Bütün xəbərlər