330x110
 

AMB 170 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

18.09.2019,16:04


18 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 18 sentyabr  tarixində AMB 50102176S dövlət nömrəli, 170 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

16 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 24 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 676,775,900.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 milyon AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 17.10.2019.