330x110
 

Bu il 1496 minik avtomobilləri istehsal olunub

18.09.2019,16:21


18 sentyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin səkkiz ayında 1496 minik avtomobili istehsal olunub.

Qeyd olunur ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 204,2 milyon manatlıq məhsul istehsal edilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,6 % artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 34,5 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 14,3 % azalıb. Həmçinin dövr ərzində 863 traktor istehsal olunub.