Azərbaycanda ticarət əməliyyatlarının həcmi 22 mlrd.dollardan çox olub

16:32 - 18.09.2019


18 sentyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-avqust aylarında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 22 milyard 901 milyon 835 min dollar olub.

Qeyd olunur ki, ticarət əməliyyatlarının ümumi həcminin 9 milyard 381 milyon 928 min dolları idxalın, 13 milyard 519 milyon 906 min dolları isə ixracın payına düşür.

 

Bütün xəbərlər