Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu açıq tenderlər elan edir

11:18 - 19.09.2019


19 sentyabr, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tender elan edir. Tender 3 Lot üzrə keçirilir.

Lot 1: Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 (I mərhələ - 645) məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan Vağazin, Qarakeçdi və Şeylanlı qəsəbələrində içməli su təchizatı, suvarma və drenaj sistemlərinin tikintisi, tenderdə iştirak haqqı 400 manat.

Lot 2: Ağcabədi rayonunun Vağazin, Qarakeçdi və Şeylanlı qəsəbələrinin qaz və istilik təchizatının tikintisi, tenderdə iştirak haqq 400 manat.

Lot 3: Ağcabədi rayonunun Vağazin, Qarakeçdi və Şeylanlı qəsəbələrinin abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisi, tenderdə iştirak haqqı 600 manat.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün  sənədləri 15.10.2019 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28.10.2019 18:00 qədər təqdim etməlidirlər. İddiaçıların təkliflərinin açılışı 29.10.2019 16:00 tarixində keçiriləcək.

Əlaqələndirici şəxs : Aygün Hüseynova

Telefon: (994 12) 431 87 03

Ünvan: Bakı, Tbilisi prospekti, 57D

 

Bütün xəbərlər