Ötən günkü düşmədən sonra nefttin qiymətləri cüzi yüksəlir

11:30 - 19.09.2019


19 sentyabr, Fineko/abc.az. Səudiyyə Ərəbistanı və ya ABŞ-ın İrana qarşı cavab tədbirlərindən ehtiyatlandığı üçün neftin qiyməti yüksək səviyyədə qalır ki, bu da Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb ola bilər.

Sentyabrın 18-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in noyabr fyuçersi $0,95 (1,47%) enərək $63,60 təşkil etmişdir. Cümə axşamı günü saat 10:55-də Brent markalı neftin noyabr fyuçersi $0,01 (0,02%) qalxaraq $63,61 təşkil edib.

NYMEX birjasında sentyabrın 18-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $1,23 (2,07%) enərək $58,11 təşkil etmişdir.  WTI markalı neftin oktyabr fyuçersi qiyməti cümə axşamı günü saat 10:55-də $0,07 (0,12%) qalxaraq $58,18 / barelə təşkil etmişdir.

Ümumilikdə, neft bazarı ötən gün əhəmiyyətli dərəcədə azaldıqdan sonra sabitdir, investorlar Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücumlardan sonra hasilatın bərpası üzrə imkanlarını qiymətləndirirlər.

 

Bütün xəbərlər