Azərbaycan banklarının aktivləri yanvar-avqust aylarında təxminən 30 milyard manata qədər çatdırılıb

15:49 - 4.10.2017


 Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (FIMSA)  yerli bankların fəaliyyətinin 31 avqust 2017-ci il tarixi üzrə icmalını təqdim etdi.

İcmala əsasən, Azərbaycanın bank sektorunun aktivləri yanvar-avqust dövrünün yekunları üzrə 29491.7 milyon manat təşkil etmişdir.

İcmalda deyilir: “Bankların kredit portfeli 11907.2 milyon manat təşkil etmişdir. Azərbaycan Mərkəzi Bankında müxbir hesabları 3553.4 milyon manat, bankların və digər maliyyə institutlarının depozit hesabları isə 5034.2 milyon manat təşkil etmişdir. Hesabat dövrü ərzində banklar, qiymətli kağızlara 5034.1 milyon manat sərmayə qoymuş, bankların və digər maliyyə institutlarının kreditləri 295.0 milyon manat, müştərilərə verilmiş kreditlər isə 11907.2 milyon manat təşkil etmişdir”.

İcmalda həmçinin qeyd edilir ki, depozit hesabları üzrə bankların öhdəlikləri 16535.1 milyon manat, habelə, fiziki şəxslərin  depozitləri üzrə  – 6871.7 milyon manat, hüquqi şəxslərin depozitləri üzrə isə 9663.4 milyon manat təşkil etmişdir.

Bankların ümumi kapitalı 2923.6 milyon manat, kapitalı və öhdəlikləri birlikdə 29491.7 milyon manat təşkil edib.

Bütün xəbərlər