330x110
 

Səkkiz ayda ictimai iaşə dövriyyəsi 5,3% artıb

19.09.2019,12:24


19 sentyabr, Fineko/abc.az. Cari ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 % artaraq 967,1 milyon manat olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.

Qeyd olunur ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,3 %-i hüquqi şəxs statuslu müəssisələrin, 58,7 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə keçən ilin eyni dövrü ilə müqayisədə 5,3 % artaraq 395,8 milyon manat olub.