Pərviz Şahbazov: “Əsrin müqaviləsi” sayəsində Azərbaycan 143 mlrd. dollar gəlir əldə edib

14:18 - 19.09.2019


19 sentyabr, Fineko/abc.az. “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı sentyabrın 19-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransı keçirilib.

Konfrandsa çıxış edən Energetika naziri Pərviz Şahbazov  qeyd edib ki, “Əsrin müqaviləsi”nin Azərbaycanın ictimai-siyasi həyatındə müstəsna xidmətləri olub. Bu müqavilə nəticəsində Xəzərin karbohidrogen resurslarının beynəlxalq bazarlara nəqli başlayıb.

“Bugünədək “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə 36 mlrd. dollar sərmayə qoyulub. Prezident İlham Əliyevin iştirakı ilə “Əsrin müqaviləsi”nin müddəti 2049-cu ilədək uzadılıb. Bu layihə sayəsində Azərbaycan indiyədək 143 mlrd. dollar gəlir əldə edib. AÇG üzrə bu vaxtadək 492 mln. ton neft, 161 mlrd. kubmetr qaz hasil edilib. Cari ilin ötən dövründə isə ölkədə 25,1 mln. ton neft çıxarılıb və bu həcmin 20,9 mln. tonu ixrac edilib. Respublika üzrə gündəlik neft hasilatı sutkada 765 min barrel olub”, - deyə nazir vurğulayıb.

 

 

Bütün xəbərlər