Pərviz Şahbazov: TANAP boru kəməri ilə Türkiyəyə 2,5 mlrd. kubmetrdən çox təbii qaz ixrac edilib

19.09.2019,14:43


19 sentyabr, Fineko/abc.az. Bugünədək TANAP boru kəməri ilə Türkiyəyə 2,5 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Layihə üzrə icra edilən işlər isə 99,9 % səviyyəsindədir.

Bunu Energetika naziri Pərviz Şahbazov “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki,TANAP qaz kəməri keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması planlaşdırılır.