Azərbaycan Gürcüstan gömrüyü ilə blokçeyn texnologiyasının tətbiqinə başlayıb

16:32 - 19.09.2019


19 sentyabr, Fineko/abc.az. Bakıda keçirilən 9-cu Beynəlxalq Xəzər Enerji Forumunda Gömrük Komitəsinin birinci müavini İsmayıl Hüseynov çıxışı zamanı qeyd edib ki, Azərbaycan Gürcüstan gömrüyü ilə blokçeyn texnologiyasının tətbiqinə başlayıb.

Onun sözlərinə görə, bu texnologiyanın tətbiqi sayəsində Gürcüstanla informasiya və sənəd mübadiləsi aparılır və uğurlu nəticələr əldə olunur. Blokçeyn ticarətin asanlaşdırılması, sürətli keçidin təmin olunmasında mühüm amildir.

 

 

Bütün xəbərlər