Neftin qiymətləri yüksəlir

09:43 - 20.09.2019


20 sentyabr, Fineko/abc.az. Cümə günü keçirilən ticarət gedişatında neftin qiymətləri artmaqdadır.

Sentyabrın 19-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in noyabr fyuçersi $0,80 (1,26%) artaraq $64,40 təşkil etmişdir. Cümə günü saat 9:05-də Brent markalı neftin noyabr fyuçersi $0,34 (0,53%) artaraq bir barelə $64,74 təşkil edib.

NYMEX birjasında sentyabrın 19-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $0,02 (0,03%) artaraq bir barelə $58,13  təşkil etmişdir.  WTI markalı neftin oktyabr fyuçersi qiyməti cümə günü saat 9:25-də $0,57 (0,98%) yüksələrək $58,70  / barelə təşkil etmişdir.

Dow Jones-in məlumatına görə, neft bazarı hələ də Yaxın Şərqdə geosiyasi gərginliyin artması ilə əlaqədar qısamüddətli perspektivdə qlobal bazarda mümkün təchizat çatışmazlığından ehtiyat edir.

 

Bütün xəbərlər