Bu gün bir neçə rayonda qaz təchizatı dayandırılacaq

10:53 - 20.09.2019


20 sentyabr, Fineko/abc.az.  “Azəriqaz” İB-dən verilən məlumata görə, bu gün Sumqayıt şəhərinin orta təzyiqli qaz xəttində təmir-bərpa işlərinin aparılması məqsədilə qaz təchizatının dayandırılmasına zərurət yaranıb. Bu zaman saat 10:00-dan etibarən işlər başa çatanadək Sumqayıtda bir qrup abonentin qaz təchizatında fasilə olacaq.

Bundan başqa “Qaz İxrac” İdarəsinin balansında olan “Bəydilli” ölçü qovşağında bir sıra quraşdırma işlərinin aparılması ilə bağlı səhər saat 09:00-dan 18:00-dək Neftçala rayonunun bir neçə kəndində qaz təchizatı dayandırılıb. İsmayıllı rayonunda da qaz xətlərində quraşdırma işlərinin görülməsi üçün saat 10:00-dan bir neçə yaşayış məntəqəsində qaz verilişində fasilələr yaranacaq.

 

Bütün xəbərlər