Azərbaycan bu il Gürcüstana 37,7 mln. dollarlıq elektrik enerjisi ixrac edib

14:44 - 20.09.2019


20 sentyabr, Fineko/abc.az. Cari ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstana 37 milyon 772,6 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

Xəbər verilir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, 8 ayda Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 % çoxdur.

Gürcüstan Elektrik Enerjisi Kommersiya Operatorunun hesabatına görə, bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 760,53 milyon kilovat/saat elektrik enerjisi idxal edib.

 

© Azertag.az

Bütün xəbərlər