Azərbaycan Gürcüstana təbii qaz ixracını artırıb

15:55 - 20.09.2019


20 sentyabr, Fineko/abc.az. Cari ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana ixrac olunan təbii qaz və qazlı karbohidrogenlərin həcmi artıb. Hesabat dövründə Azərbaycan qonşu ölkəyə 182,76 milyon ABŞ dolları dəyərində 1 milyon 117 min 315,4 ton qaz və qazlı karbohidrogenlər ixrac edib.

Xəbər verilir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabatda deyilir ki, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2 faiz və 7,2 faiz çoxdur.

Yanvar-iyul aylarında isə Azərbaycan Gürcüstana təbii qaz ixracını 8 faizdən çox artırıb.

Müqayisə üçün qeyd edək ki, 7 ayda Gürcüstan Azərbaycandan 1 milyard 47 milyon 703,2 min kubmetr təbii qaz idxal edib. Bu da keçən ilə nisbətən 80 milyon 363,3 min kubmetr və 8,3 faiz çoxdur.


© Azertag.az

Bütün xəbərlər