Rusiya aviaşirkəti Rostovdan Bakıya uçuşlar həyata keçirəcək

16:21 - 20.09.2019


20 sentyabr, Fineko/abc.az. Rusiyanın “Azimut” aviaşirkəti Rostov şəhərindən Bakıya uçuşlar həyata keçirmək üçün icazə alıb.

Xəbər verilir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi “Azimut” aviaşirkətinə Rostovdan Bakıya uçuşlar həyata keçirməyə icazə verib. Bundan başqa, aviaşirkət Rostovdan Tel-Əvivə də reyslər açacaq.

Aviaşirkətin məlumatına görə, Azərbaycan paytaxtına uçuşlar gələn ildən başlana bilər. Rostov-Bakı-Rostov reysinin həftədə üç dəfə həyata keçiriləcəyi gözlənilir.

 

© Azertag.az

Bütün xəbərlər