KOBİA sahibkarlar üçün onlayn maarifləndirici tədbir keçirəcək

17:19 - 20.09.2019


20 sentyabr, Fineko/abc.az.  Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sentyabrın 25-də saat 11.00-da sahibkarlar üçün korporativ idarəetmə və onun şirkətin səmərəli fəaliyyətində rolu, daxili bazar araşdırmaları və investisiya təşviqi sənədi mövzularında onlayn maarifləndirici tədbir keçiriləcək.

Qeyd olunur ki, KOBİA-nın ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcəkdir.

Onlayn maarifləndirici tədbirlə bağlı daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: http://smb.gov.az/news/sahibkarlar-ucun-korporativ-idaretm-daxili-bazar-arasdirmalari-v-investisiya-tsviqi-sndin-dair-onlayn-maariflndirm-tdbiri-kecirilck

 

Bütün xəbərlər