330x110
 

Sentyabrın 23-də keçiriləcək depozit hərracında AMB 100 milyon manat cəlb etməyi planlaşdırır

20.09.2019,17:29


20 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.

“AMB sentyabrın 23-də keçiriləcək depozit hərracında 100 milyon manat məbləğində vəsaitin 14 gün müddətinə cəlb edilməsini planlaşdırır”, - AMB-in məlumatında belə deyilir.

Cəlb olunan vəsaitlər üzrə faiz dəhlizi sentyabrın 9-da keçirilən hərracda  6,26% -7,99% müəyyən edilmişdir.

Xəbər verildiyi kimi, AMB hərracları 2016-cı ilin iyun ayından etibarən keçirilir.