Bu gün bir neçə rayon və qəsəbələrdə qaz olmayacaq

10:00 - 23.09.2019


23 sentyabr, Fineko/abc.az.  Bu gün səhər saat 09:00-dan 18:00-dək “Gəncə-Qazax-Gürcüstan” Dövlət sərhədi avtomobil yolunun 4 zolaqlı genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kommunikasiya xətlərinin təhlükəsiz əraziyə köçürülməsi işləri icra olunacaq.

Bu barədə ABC.AZ saytına “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilir ki, bu müddətdə Tovuz rayonu, Aşıralılar, Aran Yanıxlı kəndləri və Qovlar şəhərində qaz təchizatında fasilə olacaq. Bundan başqa “Qaz İxrac” İdarəsi sentyabrın 23-də səhər saatlarından bir sıra təmir işləri ilə bağlı olaraq saat 09:00-dan etibarən işlər başa çatanadək Lökbatan qəsəbəsində bir qrup abonentin, saat 10:00-dan etibarən işlər başa çatanadək isə “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Tərtər rayonunun mərkəzi, bir qəsəbə və bir neçə kənddə qaz fasilələrlə veriləcək.

Bütün xəbərlər