Qobustan şəhərində yaşayış binasının tikintisi üçün tender keçirilir

12:16 - 23.09.2019


23 sentyabr, Fineko/abc.az. Qobustan Rayon İcra Hakimiyyəti Qobustan şəhərində 48 mənzilli 2 bloklu 4 mərtəbəli yaşayış binasının tikintisi üçün tender elan edir. Tender 1 Lot üzrə keçirirlir, iştirak haqqı 200 manatdır.

Elanda qeyd olunur ki,  iddiaçılar tenderdə iştirak etmək üçün  sənədləri 12.10.2019 03:59 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 12.10.2019 17:00 tarixinə qədər  https://www.etender.gov.az/ portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 14.10.2019 17:00 tarixində açılacaq. 

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılacaq. E-şərtlər toplusunu 22.09.2019 08:00 tarixindən sonra əldə etmək olar.

Bütün xəbərlər