330x110
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tender elan edir

23.09.2019,17:45


23  sentyabr, Fineko/abc.az.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gözdən Əlillər üçün tikintisi nəzərdə tutulan 12 mərtəbəli 288 mənzilli yaşayış binasının layihələndirilməsi işlərinin satınalınması üçün tender elan edir. Tender 1 Lot üzrə keçirilir, iştirak haqqı 200 manatdır.

Elanda qeyd olunur ki,  iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 21.10.2019 17:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 24.10.2019 15:00 tarixinə qədər //www.etender.gov.az/  portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 24.10.2019 15:00 tarixində açılacaq.

Həmçinin qeyd olunur ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır. E-şərtlər toplusunu 23.09.2019 16:10 tarixindən sonra əldə etmək olar.