Bu gün bir neçə rayonda qaz təchizatı dayandırılıb

09:40 - 24.09.2019


24  sentyabr, Fineko/abc.az.  Bu gün səhər saat 09:00-dan orta təzyiqli qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi işləri icra ediləcək. Aparılacaq işlər zamanı Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb. 

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Həmçinin saat 10:00-dan etibarən Neftçala rayonunun Surra kəndi istiqamətində yeni çəkilmiş qaz xətti üzərində qaz tənzimləyicisinin quraşdırılması ilə bağlı rayonunun bir neçə yaşayış məntəqəsində qaz olmayacaq. 

Bütün xəbərlər