330x110
 

Quba–Qusar avtomobil yolunun tikintisinə 13,4 mln.manat ayrıldı

24.09.2019,10:30


24 sentyabr, Fineko/abc.az.  Prezident İlham Əliyev sentyabrın 23-də Quba–Qusar (9 km)–Alpan–Kürkün–Susay avtomobil yolunun tikintisi məqsədilə Sərəncam imzalayıb.

Sərəncama əsasən beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Quba–Qusar (9 km)–Alpan–Kürkün–Susay avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 13,4 milyon manatı ayrılıb.