“Peşəkar mühasib” hazırlıq kursunun ikinci modulu üzrə iştirakçı qəbulu elan edilir

11:45 - 24.09.2019


24 sentyabr, Fineko/abc.az. Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) “Peşəkar mühasib” hazırlıq kursu çərçivəsində ikinci modul üzrə iştirakçı qəbulunu elan edir. Bu modul Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında maliyyə hesabatlarının hazırlanmasını (F7) əhatə edir. Qeyd etmək lazımdır ki, mühasibat uçotunun beynəlxalq standartları əsasında uçotun aparılması (F3) üzrə ilkin və praktiki biliklərə malik olan şəxslərin kursda iştirakı tövsiyə olunur.

Kursun müddəti 4 aydır. Dərslər həftədə 2 dəfə, hər dərs 3 saat olmaqla qeyri-iş saatlarında təşkil edilir.

Kursun qiyməti aylıq 200 AZN (ƏDV xaric) təşkil edir.

İkinci modul üzrə hazırlıq kursunda iştirak etmək istəyən şəxslər qeydiyyat formasını (http://arpa.org.az/az/pes%c9%99kar-muhasib-hazirliq-kursu/) dolduraraq [email protected] ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər