330x110
 

“Standard İnsurance” vətəndaşın 2 min manatını vermir – Şikayət

24.09.2019,11:48


24 sentyabr, Fineko/abc.az.  “Standard İnsurance” sığorta şirkəti barədə şikayət və narazılıqlar son aylarda ən pik həddə çatıb. Təkcə sentyabr ayında adıçəkilən şirkətlə bağlı redaksiyamıza 10-larla şikayət daxil olub. Narazıların əksəriyyəti şirkətin əmlaklarına dəymiş zərərə görə, müxtəlif bəhanələrlə pullarını ödəməkdən boyun qaçırdıqlarını, “Standard İnsurance”-a zəng etdikdə isə telefonlara cavab verilmədiyini iddia edirlər.

Belə ki, avqustun 10-da “Standard İnsurance”-da sığortalı olan Sübhan Huseyinovun idarə etdiyi 90 TL 004 nömrəli “Mercedes S class” markalı maşın Təbriz Firudin oğlu Məmmədovun idarə etdiyi 36 BF 854 dövlət qeydiyyat nişanlı avtomobillə qəza baş verib. Bundan sonra T. Məmmədov sənədləri adıçəkilən şirkətə göndərib.

Zərəçəkmişin ABC.AZ-a dediyinə görə, maneələr, bürokratik əngəllər də elə bundan sonra başlayıb. Avtomobilə dəymiş zərəri qiymətləndirmək üçün zəng etmədiyi yer, adam qalmadğını vurğulayan şikayətçi qeyd etdi ki, çətinliklə də olsa nəhayət “Standard İnsurance”-da səsinə səs verdilər. Şirkət tərəfindən dəyən ziyandan daha aşağı pul təklif etsələr də qəbul etdiyini bildirən T. Məmmədov bildirir ki, sən demə bu da “Standard İnsurance”-ın baş qatmaq üçün yeni oyunu imiş: “O gündən istəmədikləri sənəd qalmayıb. Sənədləri duüəldirəm göndərirəm, bu dəfə də işi başqa qiymətləndiriciyə verirlər. Yeni qiymətləndirici də başqa sənədlər istəyir. Bax belə fırladırlar. Demək olarki bütün şirkətdə mənim şəxsiyyətimin surəti, bank hesabım, qiymətləndirmə ilə bağlı razılıq ərizəm hamısı var. Bütün hallarda söhbəti fırlatmağı bacarırlar. Maliyyə Bazarlarına Nəzarət Palatasına da yazmışam, “Standard İnsurance” onları da aldadib ki, biz onun qiymətlə bağli razılıgnı gözləyirik. Halbuki on dəfə razılıq ərzəm təqdim olunub”.

 

Müəllif: Elmir Murad

Açar sözlər: Standard İnsurance