Azərbaycandan ixrac edilən təbii qazın həcmi artdı

12:59 - 13.12.2017


13 dekabr, Fineko/abc.az. Azərbaycandan ixrac edilən təbii qazın həcmi 11,5% artıb.

Dövlət Gömrük Komitəsinin məlumatında deyildiyi kimi, 2017-ci ilin 11 ayı ərzində Azərbaycan 6,894 milyard kub metr təbii qaz ixrac edib.

Təbii qazın bu həcminin dəyəri 1,156 milyard dollar təşkil etmişdir. Azərbaycanın təbii qaz satışından əldə etdiyi gəlirləri 25% çoxalıb.

Təbii qazın ixracı 2017 il yanvar-noyabr ayları ərzində ixracın ümumi həcmlərinin 9,25%-ni təşkil etmişdir.

 

Bütün xəbərlər