Meqa Sığorta nizamnamə kapitalı 11 milyon manat olan şirkət yaratdı

12:31 - 24.09.2019


24 sentyabr, Fineko/abc.az.   Yaxın zamanlarda Meqa Həyat sığorta şirkəti yaradılacaq.

Bu barədə şirkətin Biznesin İnkişaf departamentinin direktor müavini Fatima Sadiqova ABC.AZ-a açıqlamasında bidlirib.

Sözügedən sığorta növünün müştərilərə təklif olunacağı vaxtın hələ bilinmədiyini deyən F.Sadiqova qeyd etdi ki, şirkət  artıq Vergilər nazirliyində hüquqi şəxs kimi qeydiyyata alınıb: “Yeni şirkətin nizamnamə kapitalı 11 milyon manatdır. Səhmləri birbaşa Meqa Sığorta ASC-nindir”.

Şirkətin hüquqi ünvanı kimi Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 19 A göstərilib.

Qeyd edək ki, indiyənə qədər Azərbaycanda həyat sığortasını 4 şirkət tətbiq edirdi. Meqa Həyat Sığorta yaranandan sonra onların sayı 5 olacaq.

 

Müəllif: Elmir Murad   

Bütün xəbərlər