Bu gün bir neçə rayon və qəsəbələrdə qaz olmayacaq

10:00 - 25.09.2019


25 sentyabr, Fineko/abc.az. Bu gün səhər saat 09:00-dan etibarən işlər başa çatanadək “Qaz İxrac” İdarəsinin balansında olan kəmərlərdə bir sıra təmir işləri ilə bağlı Sabunçu rayonunun Maştağa, Savalan qəsəbələri, Bağlar, Albalılıq bağ massivləri, Kanal qırağı ərazi, eləcə də Xəzər rayonu, Buzovna qəsəbəsi, Atçılıq  yaşayış massivlərinin qaz təchizatına məhdudiyyətlər qoyulub. 

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Həmçinin bildirilir ki, bu gün səhər saat 09:00-dan etibarən aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi ilə bağlı Xaçmaz şəhərində bir qrup abonentin qaz verilişində fasilələr yaranıb. Zəlzələdən sonra tikintisi başa çatdırılmış evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinin icrası ilə bağlı Ağsu rayonunun bir neçə yaşayış məntəqəsində də qaz təchizatı dayandırılıb.

 

Bütün xəbərlər