Tikinti sahəsində artım tempi 11.2% azalıb

11:11 - 25.09.2019


25 sentyabr, Fineko/abc.az Azərbaycan iqtisadi artım tempi daxili tələbatın artması fonunda 2018-ci ilin birinci yarısındakı 1.3 faizdən cari ilin birinci yarısında 2.4 faizədək yüksəlib.

ABC.Az xəbər verir ki, bu barədə 2019-cu il üçün Asiyanın İnkişafına Nəzər Hesabatında qeyd olunub.

Hesabata əsasən, sözügedən dövrdə sənayedə artım 1.8% təşkil edib. Mədənçıxarma 1.6% və neftayırma sahələrində isə 13.5% artım qeydə alınıb. Halbuki ən iri neft platforması planlı texniki xidmət tədbirləri ilə əlaqədar bağlandıqdan neft hasilatı 3.0% azalmışdı. Şah-Dəniz qaz yatağında tam miqyaslı hasilatın başlanması nəticəsində qaz hasilatı rekord səviyyə olan 35% artıb. Tikinti sahəsində investisiya tempinin zəifləməsi nəticəsində artım tempi 11.2% azalıb. Xidmət sahələrində artım 3%, nəqliyyatda 2.5%, ticarətdə 2.8%, turizm və istirahət isə 3.3% olub. Yaxşı hava şəraitinin əkinçiliyə verdiyi təkan sayəsində kənd təsərrüfatı sahəsində artım 13.1% təşkil edib.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər