Neft və neft məhsullarının ixracı azalıb - Hesabat

11:44 - 25.09.2019


25 sentyabr, Fineko/abc.az. Neft və neft məhsullarının ixracatında 3.7% azalma nəticəsində, eləcə də qaz hasilatında artıma baxmayaraq, əmtəə ticarətində profisit 2018-ci ilin birinci yarısındakı 5 milyard dollardan cari ilin eyni dövründə 2.4 milyard dollaradək düşüb.

ABC.AZ bunu 2019-cu il üçün Asiyanın İnkişafına Nəzər Hesabatına istinadən bildirir.

Hesabatda qeyd olunur ki, ixracatın həcmi cəmi 0.1% artdığı zaman, idxalat, əsas etibarilə qida məhsulları, texniki və avadanlıqların idxalı sayəsində, 51.3% qalxaraq kəskin surətdə artıb. Əvvəlki proqnoz göstəricilərdən daha yüksək olan beynəlxalq neft qiymətləri sayəsində neft ixracatının həcmində azalmanın bir il ərzində əvəzləşdiriləcəyi proqnozlaşdırılır. Xidmətlər sahəsindəki kəsirin azalacağı ehtimal olunur. Buna səbəb kimi İnternet resursları üzərindən vizaların alınması üçün ərizələrin verilməsi ilə bağlı imkanların yaradılması olmaqla vizaların alınması üçün ərizələrin baxılması və vizaların verilməsi müddəti qısaldılması göstərilir. Neft qiymətlərinin əvvəlki proqnoz göstəricilərinin, turizm sahəsindəki isə artım tempinin gözləntiləri üstələdiklərini nəzərə alaraq, bu Arayışla 2019-cu və 2020-ci illər üzrə cari əməliyyatlar hesabının profisitinə dair proqnoz hesablamaları yüksəldilir.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər