SOCAR xam neftin emalını 103,1% yerinə yetirib

16:12 - 25.09.2019


25 sentyabr, Fineko/abc.az. 2018-ci il SOCAR 6 milyon 95,8 min ton neft və 162,3 min ton kənardan daxil olan xammal olmaqla, cəmi 6 milyon 258,1 min ton xammal emal edib. Təyin olunan plana qarşı xam neftin emalı 103,1%, ümumi xammalın emalı isə 105,4% yerinə yetirilib. 2017-ci ilin yekunları ilə müqayisədə neftin emal həcmi 285,8 min ton və ya 4,7%, ümumi xammalın emal həcmi isə 328,5 min ton və ya 5,2 % artıb.

Bu barədə SOCAR-ın “Davamlı inkişaf üzrə illik hesabat”ında deyilir.

Qeyd edək ki, 2016-cı ildə şirkətin neft emalı 6 milyon 9,4 min ton, 2017-ci ildə isə 5 milyon 815,5 min ton olub.

Bütün xəbərlər