İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı başlandı

14:41 - 13.12.2017


13 dekabr, Fineko/abc.az. İstanbulda İƏT-nın Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı  işə  başladı.

Prezident İlham Əliyev Zirvə toplantısında iştirak edir.

Zirvə toplantısında ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı qəbul edilməsi  üzrə qərarı, bununla bağlı yaranmış vəziyyət və bu məsələ üzrə İƏT-nın yerinə yetirəcəyi  işlər  müzakirə olunur.

İclasda təşkilata daxil olan 57 üzv ölkələrindən 48 ölkə iştirak edir. Həmçinin iclasda Qətər dövlətinin əmiri Şeyx Tamim bin Həməd bin Xəlifə Əl Tani, İran İslam Respublikasının prezidenti Həsən Ruhani, Fələstin dövlətinin başçısı Mahmud Abbas iştirak edirlər. Zirvə toplantısında bir sıra ölkənin  parlament sədrləri, xairici işlər nazirləri və digər nazirlərlər öz ölkələrini təmsil edib.

İclasın sonunda rezolyusiya qəbul olunacaq. Zirvə toplantısından sonra  mətbuat konfransı olacaq.

 

 

 

Bütün xəbərlər