Azərbaycanda islam bankçılığı nə vaxt tətbiq olunacaq?

11:43 - 26.09.2019


26 sentyabr, Fineko/abc.az.  Azərbaycanda İslam bankçılığının yaradılması son vaxtlar yenidən aktuallaşıb. 

 Bunu ABC.AZ saytına iqtisadçı ekspert Əkrəm Həsənov Azərbaycanda islam bankçılğının olmamasına münasibət bildirərkən deyib. 

İslam bankçılığının Azərbaycana lazım olduğunu qeyd edən Ə.Həsənov bunun bir neçə səbəbini izah edir: “Birincisi sırf insan haqları nöqteyi nəzərdən lazımdır. Yəni kimsə islam bankçılğının xidmətindən istifadə etmək istəyirsə niyə biz bunu təmin etməyək? Çünki elə adam var ki, ənənəvi bankların sələmçi olmasını əsas gətirib oranın xidmətlərindən istifadə etmək istəmir. Söhbət yalnız müsəlmanlardan getmir, yəni sələmçilik, pulu faizlə vermək yəhudilikdə də, xristianlıqda da qadağandır. Bu gün bütün dünya sələmçiliyə yol verib, amma bu o demək deyil ki, dinlər buna yol verir. Kimsə dindardır, xristiandır, yəhudidir istəmir də gedib sələmə pul alsın. Və o gedib islam bankının xidmətlərindən istifadə etmək istəyir. Məsələnin ikinci aspekti sırf iqtisadi aspektdir. Yəni bu gün Azərbaycanda didnar insanlar var ki, onlar dindar üçün bu mövzu aktualdır. Onlar pullarını bank sisteminə əmanət kimi qoymurlar ki, orda faiz sistemi var. Həmin banklardan kredit də götürüb iqtisadi fəaliyyətlə də məşğul olmurlar. Çünki dediyim kimi sələmçilik onlar üçün haramdır”.

Müəllif: Elmir Murad

Bütün xəbərlər