Ödəniş kartı ilə “online” alış-veriş etdikdə xidmət haqqı tutulurmu?

12:18 - 26.09.2019


26 sentyabr, Fineko/abc.az.  Müasir dövrdə az insan var ki, ödniş kartından istifadə etməsin. Etməyənlər də əksər hallarda ondan istifadəni bilmədikləri üçün onun faydalarından yararlanamır.

Bunu nəzərə alıb ABC.AZ olaraq ödəniş kartları ilə bağlı bəzi bilmədiklərinizi sizin diqqətinizə çatdırırıq.

Məsələn ödəniş kartı ilə internetdə “online” alış-veriş etdikdə neçə faiz xidmət haqqı tutulduğunu bilirsizmi?

 Bilmirsizsə o zaman yazını diqqətlə oxuyun. İnternetdə alış-veriş edərkən sizdən xidmət haqqı tutulmur. Lakin, sizin ödəniş kartınızdakı vəsaitin valyutası və “online” alış-veriş etdiyiniz valyuta fərqlidirsə sizdən əlavə konvertasiya haqqı tutula bilər. Misal üçün sizin ödəniş kartınızda olan pul vəsaiti dollardadırsa və sizdən elektron ticarəti avro ilə aparmaq tələb edilirsə bu halda hesabınızdakı dollar avroya konvertasiya (ölkədaxili banklar tərəfindən konvertasiya haqqı 0,4-0,5%-dir) olunduqdan sonra əməliyyat həyata keçirilir.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər