Yusif Abdullayev : İlin sonuna kimi Azərbaycana 3 alıcı missiyası təşkil ediləcək

12:32 - 26.09.2019


26 sentyabr, Fineko/abc.az. Bu ilin sonuna kimi Azərbaycana 3 alıcı missiyası təşkil ediləcək.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviq Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev sentyabrın 26-da keçirdiyi mətbuat konfransında deyib.

O, qeyd edib ki, alıcı missiyaları oktyabrın 20-25-də Rusiyadan, oktyabrın 22-25-də Gürcüstan, Rusiya, Özbəkistan və İrandan, noyabrda isə Almaniya, Polşa və Xorvatiyadan ölkəmizə gələcək. Alıcı missiyaları qida, spirtli içkilər, sənaye və tikinti sahələrini əhatə edir.

Bütün xəbərlər