Bundan sonra işçilərini sığortalamayanlar elektron qaydada cərimələnəcək

14:30 - 26.09.2019


26 sentyabr, Fineko/abc.az.  Azərbaycanda İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi elektronlaşdırılıb.

ABC.AZ xəbər verir ki, yeniliklə bağlı məlumatı İcbari Sığorta Bürosu (İSB) yayıb. Belə ki, yenilik sayəsində işəgötürən İcbari Sığorta Bürosunun informasiya sisteminə daxil olaraq istədiyi sığortaçı ilə müqavilə bağlayacaq. Daha sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən öz işçi siyahısını sorğulayaraq işçilərini sığortalayacaq. İcbari Sığorta Bürosu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri arasında yaradılan məlumat mübadiləsi sayəsində sığorta olunanların əmək haqqı və digər məlumatları birbaşa nazirliyin informasiya sistemindən əldə olunacaq. İşçilərini sığortalamayan işəgötürənlər elektorn qaydada cərimələnə bilər. 

Müəllif: Elmir Murad

Bütün xəbərlər