İlham Əliyev Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti qəbul edib

16:09 - 26.09.2019


26 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Beynəlxalq Maliyyə Korporasiyasının iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqlari salamlayan Prezident bildirib ki, ötən 20 il ərzində bizim Neft Fondumuz Azərbaycanın inkişafı üçün çox vacib vasitə rolunu oynayıb. Fondun aktivləri hesabına biz qaçqın və məcburi köçkünlər üçün 100-dən artıq qəsəbənin tikintisini maliyyələşdirmişik. Dövlət Neft Fondu insan kapitalına, təhsilə və infrastruktura sərmayə yatırıb. Bildiyimə görə, sizin təsisat vasitəsilə də 250 milyon dollar həcmində sərmayə qoyulub. Hesab edirəm ki, insan kapitalı, qeyri-neft sektoru, təhsil, kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlığın dəstəklənməsi bizim əməkdaşlığımızın prioritetləri sırasındadır.

Qəbula görə təşəkkünü bildirən Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti Hans Piter Lankes qeyd edib ki, səfərimizin əsas məqsədi Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə birgə keçirdiyimiz tədbirdir. Dövlət Neft Fondu bizim uzunmüddətli yaxın tərəfdaşımızdır. Konfransın mövzusu “Müsbət təsirli investisiya”dır. Beynəlxalq Maliyyə Korporasiyası da bu məsələyə önəm verir. Dövlət Neft Fondunun özünəməxsus sərmayə strategiyasına malik olması rəmzi məna daşıyır. Bir sözlə, çox yaxşı münasibətlərimiz mövcuddur.

Bütün xəbərlər