Azərbyacan regionda nəqliyyat dəhlizi rolunu oynaya bilər - Alman səfir

10:00 - 27.09.2019


27 sentyabr, Fineko/abc.az.  Almaniya Avropa İttifaqı ilə Azərbaycanın yaxınlaşmanı dəstəkləyir.

ABC.AZ xəbər verir ki, bunu Alman-Azərbaycan Biznes Forumu 2019 Sənayenin və İnfrastrukturun Modernləşdirilməsi konfransında Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.

Səfir tədbir zamanı Azərbaycana tövsiyyələrini də dilə gətirib:  "Mənim Azərbaycana müracitim odur ki, ilk baxışdan sizə çətin gələcək məsələlərdən qaçmayın və Avropa İttifaqı ilə yaxınlaşmanı davam etdirin. Çox sevindiricidir ki, Azərbaycan iqtisadiyyatı artlr. Bu həm Avropa İttifaqı, həm də Almaniya üçün sevindirici amildir. Dünya Bankı və digər qurumlar da Azərbaycan iqtisadiyyatının irəliləməsini görürlər. Və bu Azərbaycan üçün fərəh vericidir. Kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsi sahəsində yaxın zamanlarda avropalı nümayəndələr Azərbaycana səfət edəcəklər. Onu da qeyd edim ki, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün potensialı çoxdur. Məsələn Azərbyacn regionda nəqliyyat dəhlizi rolunu oynaya bilər və oynayır da".

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər