Ötən il banklar 5 milyarda yaxın biznes krediti verib - İbrahim Alışov

10:30 - 27.09.2019


27 sentyabr, Fineko/abc.az. Azərbaycan bankları ötən il 4,3 milyard , bu ilin 7 ay ərzində isə 2,6 milyard manat həcmində biznes kreditləri verib. 

    ABC.AZ xəbər verir ki, bunu Alman-Azərbaycan Biznes Forumu 2019 Sənayenin və İnfrastrukturun  konfransında  Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri vəzifələrini icra edən (Palata) İbrahim Alışov deyib.

Onun sözlərinə görə, bank sektorunun yaxşılaşdırılması ilə bağlı ən inqilabi qərarlardan biri də ölkə başçısının xarici valyutada olan problemli kreditlərin həlli istiqamətində verdiyi fərmanı idi.  Həm Beynəlxalq Valyuta Fondunun, həm də eyni zamanda beynəlxalq reytin agentlikləri Azərbaycanın bank sektoru ilə bağlı hesabatını açıqlayıb və biz bundan sonra uzun müddətliliyə fokuslanaraq, bank sahəsini daha da inkişaf etdirəcəyik".

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər