Fələstin prezidenti: ABŞ Yaxın Şərqdə sülh danışıqlarında vasitəçilik hüququnu itirdi

15:43 - 13.12.2017


13 dekabr, Fineko/abc.az. Bu gün İstanbulda İƏT-nın Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilir.

Zirvə toplantısında Fələstin prezidenti  Mahmud Abbas deyib ki, Qüds Fələstinin paytaxtı olacaq.

“Prezident Donald Trampın qərarı və təlimatı beynəlxalq hüquqa, xüsusilə BMT rezolyusiyasına  ziddir. ABŞ sülh danışıqlarında vasitəçilik hüququnu itirdi. Biz, ABŞ-ın vasitəçiliyini tanımırıq. Biz istəyirik ki, siz bizim qərarımızı dəstəkləyəsiniz”, - Mahmud Abbas belə deyib.

Mahmud Abbas qeyq edib ki, İƏT-nın fövqəladə Zirvə toplantısının məqsədi, Qüdsün hazırkı statusunun dəyişdirilməsinə müqavimət göstərməkdir. 

ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı kimi tanımasını  elan edib. O, həmçinin, Dövlət Departamentinə ABŞ səfirliyinin Tel-Avivdən Qüdsə köçürülməsi ilə bağlı işlərin başlanılmasını tapşırıb.

 

Bütün xəbərlər