Azərbaycanda maliyyə sektorunun cəlb edici olduğu heç kəsdə şübhə yaratmamalıdır - İbrahim Alışov

10:50 - 27.09.2019


27 sentyabr, Fineko/abc.az. Biz ümumilikdə qiymətli kağızlar sektorunu xarici standartlara uyğunlaşdırmışıq.

ABC.AZ xəbər verir ki, bunu Alman-Azərbaycan Biznes Forumu 2019 Sənaye və İnfrastruktur konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri vəzifələrini icra edən (Palata)     İbrahim Alışov deyib. O,  Azərbaycanın maliyyə sektorundakı biznes mühitindəki vəziyyətə də toxunub: "Azərbaycanda maliyyə sektorunun cəlb edici olduğu heç kəsdə şübhə yaratmamalıdır. Biz Azərbaycanı beynəlxalq sərmayələr üçün çox cəlb edici hesab edirik".

 

 Müəllif: Elmir Murad

Bütün xəbərlər