SOCAR-ın prezidenti Gürcüstanın Baş Naziri ilə görüşüb

14:32 - 27.09.2019


27 sentyabr, Fineko/abc.az. SOCAR-ın prezidenti Rövnəq Abdullayev Gürcüstanın Baş Naziri Giorgi Qaxaria ilə görüşüb.

Xəbər verilir ki, görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı, SOCAR-ın bu inkişafa verdiyi töhfələr, eləcə də şirkətin Gürcüstandakı kommersiya fəaliyyətinin strateji istiqamətləri müzakirə edilib.

SOCAR-ın rəhbərliyi, həmçinin Marneuli rayonunun ağsaqqalları və yerli icma nümayəndələri ilə də görüşüb. Görüşdə SOCAR-ın Gürcüstanda həyata keçirdiyi sosial layihələr barədə müzakirə aparılıb, Gürcüstanın Azərbaycan icmasının sosial problemləri, o cümlədən qonşu ölkədə təhsil alan yerli azərbaycanlıların təhsil sahəsində üzləşdiyi problemlərdən və həlli yollarından söhbət açılıb, ağsaqqalların təklifləri dinlənilib.

 

© Azertag.az

Bütün xəbərlər