Azərsu Badamdarın sürüşmə zonası ərazisində su və kanalizasiya sistemərini yeniləyəcək

15:53 - 27.09.2019


27 sentyabr, Fineko/abc.az. “Azərsu” ASC-dən verilən məlumatına görə,  Tədbirlər Planına uyğun olaraq Səbail rayonunun 20-ci sahə yaşayış massivində içməli su və kanalizasiya layihələri icra edilir. 

20-ci sahə yaşayış massivində icra olunan layihə Salyan şossesi, Gülbala Əliyev, Arif İsmayılov, Çernyaxovski və Yüzbəy Mürsəlov küçələrini əhatə edir.

Hazırda ərazidə yeni su və kanalizasiya infrastrukturları yaradılır. Ərazidə yaranan tullantı suları Salyan şossesində yeni tikilən daşıyıcı xəttə ötürülərək yaxınlıqdan keçən 1000 mm diametrli Bayıl-Bibiheybət kollektoruna yönləndiriləcək. 

Ümumilikdə tikinti-quraşdırma işlərinin ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla da 30 min nəfər sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq. 20-ci sahə yaşayış massivinin su təchizatında dayanıqlıq təmin edildikdən sonra ərazidə yerləşən “Şimal” nasos stansiyasının fəaliyyəti dayandırılacaq. 

Qeyd edilir ki, cari ilin oktyabrından  Səbail rayonunun Badamdar qəsəbəsində sürüşmə zonası kimi tanınan ərazisində də içməli su və kanalizasiya sistemərinin yenidən qurulmasına başlanılacaq.

 

Bütün xəbərlər