Avqustda Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 52,7 mln. dollar olub

16:12 - 27.09.2019


 27 sentyabr, Fineko/abc.az. 2019-cu ilin yanvar-avqust aylarında Azexport.az portalına 399,3  milyon dollar dəyərində ixrac sifarişləri daxil olub.

ABC.AZ xəbər veiriki bu barədə “İxrac İcmalı”nın sentyabr sayında göstərilib.

Göstərilib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,8 %  artıb.

2019-cu ilin avqust ayında isə ixrac sifarişlərinin dəyəri 52,7  milyon dollar təşkil etmiş və ötən ilin avqust ayı ilə müqayisədə 2,3 %-lik artım qeydə alınıb.

2019-cu  ilin yanvar-avqust aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya(11,4%), Türkiyə (5,8%), ABŞ (5,8%), Hindistan (5,5%)  və  İngiltərə (5,2%) qərarlaşıb. 

 

Bütün xəbərlər