Avqust ayında qeyri-neft sektoru üzrə ixrac 144,4 milyon dollar təşkil edib

16:58 - 27.09.2019


27 sentyabr, Fineko/abc.az. 2019-cu ilin avqust ayında isə qeyri-neft sektoru üzrə ixrac 144,4 milyon dollar təşkil etmişdir. Bu isə 2018-ci ilin avqust ayı ilə müqayisədə ixrac 19 milyon dollar və ya 15%  artıb.

ABC.AZ xəbər veirirki bu barədə “İxrac İcmalı”nın sentyabr sayında göstərilib.

Qeyd olunur ki, bu ilin avqust ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (31,2 milyon), Türkiyəyə (27,4  milyon), İsveçrəyə (23,2 milyon), Gürcüstana (10,3  milyon ) və Çinə (6,4 milyon ABŞ dolları)  ixrac edilib.

2019-cu ilin avqust ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 22,7 milyon dollar) birinci, emal olunmamış aşqarlanmamış alüminium (11,6 milyon dollar)  ikinci, metanol (9,6 milyon dollar)  üçüncü olub. 

 

Bütün xəbərlər