330x110
 

Azərbaycanda indiyədək verilmiş ipoteka kreditlərinin həcmi Açıqlanıb

30.09.2019,11:28


30 sentyabr, Fineko/abc.az. 2006-2019-cu illərdə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1,33 mlrd. manat təşkil edib.

Bu barədə məlumatı Fonddan ABC.AZ-ın sorğusuna cavabında bildiriblər. Açıqlanan məlumatda qeyd olunur ki, sözügedən kreditlər hesabına 27000-ə yaxın ailə öz yaşayış şəratini yaxşılaşdıra bilib. 

Qeyd edək ki, adi ipoteka kreditləri Fond tərəfindən daxili maliyyə bazarlarından cəlb edilmiş, güzəştli ipoteka kreditləri isə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir. 
Xatırladaq ki, Azərbaycan əhalisinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 2006-cı ildən etibarən ipoteka kreditləşməsi sisteminin tətbiqinə başlanılıb. 

 

Müəliif: Elmir Murad