İpoteka kreditləşməsinin şərtlərində dəyişiklik ediləcək? – Fonddan Cavab

11:08 - 1.10.2019


1 oktyabr, Fineko/abc.az.   Gələcəkdə zərurət yaranacağı hallarda İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sistemin təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər davam etdiriləcək.

Bunu ABC.AZ-ın “Yaxın gələcəkdə ipoteka kreditləşməsinin şərtlərində hər hansı dəyişiklik ola bilərmi?” sualına İpoteka və Kredit Zəmanət Fondundan cavab verərkən bildiriblər.

Fonddan qeyd ediblər ki, ötən dövr ərzində ipoteka kreditləri üzrə maksimal məbləğin artırılması, güzəştli ipoteka krediti almaq istəyən şəxslərin dairəsinin genişləndirilməsi, ilkin ödənişi qənaətbəxş səviyyədə olmayan vətəndaşların ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ipoteka kreditlərinə zəmanət mexanizminin tətbiqi, regionlarda ipoteka kreditlərinin stimullaşdırılması üçün gəlir və xərclərin təhlilində fərqli yanaşmanın tətbiqi, ödəniş qabiliyyəti pisləşmiş borcalanların hüquqlarının qorunması üçün restrukturizasiya mexanizminin yaradılması və bu kimi bir sıra əhamiyyətli dəyişikliklər edilib. Fond tərəfindən dövri olaraq əhalinin ehtiyacları, ipoteka kreditləşməsində mövcud çətinliklər, eləcə də qabaqcıl dünya ölkələrinin bu sahədə təcrübələri dərindən öyrənilir və ölkə xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilir.

 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər