330x110
 

Sığorta sektorunda kiçilmə müşahidə olunur - Ekspertdən açıqlama

01.10.2019,11:55


1 oktyabr, Fineko/abc.az. Sığorta sektorunda həyatın yığım sığortaları üzrə rəqəmlərin azalması fonunda bazarda kiçilmə müşahidə olunur.

Bunu ABC.AZ saytına  sığorta eksperti Xəyal Məmmədxanlı  Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı 2019-cu ilin yanvar-avqust ayları üzrə sığorta bazarının göstəricilərinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, yanvar-avqust ayları üzrə göstəricilər sığorta bazarında aprel ayından etibarən gedən tendensiyanın dəyişmədiyini göstərir. Ekspertin fikrincə, ilin nəticələrinə görə bazarda yığımlar ötən ilkindən daha az olacaq: “Könüllü sığortalarda isə artım bir-iki sığorta növündə müşahidə olunur. Sığorta haqqı - sığorta ödənişi nisbətinə baxsaq, bazarda vəziyyətin ümumilikdə qənaətbəxş olduğunu deyə bilərik. Lakin ayrı-ayrı sığorta növləri üzrə, xüsusilə də icbari avtomobil sığortasında və tibbi sığortada zərərlilik digər növlərdən daha yüksəkdir. Məhz bu səbəbdən də bazarda öz risklər portfelini diversifikasiya edən və bir sığorta növündən asılı olmayan şirkətlərdə vəziyyət daha stabildir”.

 

Müəllif: Elmir Murad