330x110
 

Ekspert həyəcan təbili çalır - Avtomobillərin icbari sığortası ilə məşğul olan şirkətlərlə bağlı

01.10.2019,16:40


1 oktyabr, Fineko/abc.az. Sığorta şirkətləri artıq öz bizneslərinə risk əsaslı yanaşmaya keçiblər.

Bunu ABC.AZ saytına  sığorta eksperti Xəyal Məmmədxanlı Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı 2019-cu ilin yanvar-avqust ayları üzrə sığorta bazarının göstəricilərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sığorta şirkətləri əvvəlki kimi yalnızca kütləvi və kor-koranə satış etmirlər, satışla yanaşı həm də portfellərinin sağlamlaşdırılması barədə də düşünürlər. Ekspert bütün illərdə yığımda lider olan avtomobillərin icbari sığortasına da toxunaraq sözügedən sığorta növünün vəziyyətinin qarşıdakı vaxtlarda heç də ürəkaçan olmayacağını bildirdi.

 X.Məmmədxanlı qısaca qeyd etdi ki, avtonəqliyyat vasitələrinin icbari sığortasını həyata keçirən şirkətlərin ''ağlayacağı'' gün heç də uzaqda deyil.

 

Müəllif: Elmir Murad