Azərbaycan pasport indeksi ilə bağlı mövqeyini yaxşılaşdırıb

16:43 - 1.10.2019


1 oktyabr, Fineko/abc.az. Henley & Partners şirkəti 2019-cu ilin dördüncü rübündə dünya ölkələrinin vizasız rejimində dəyişiklikləri əks etdirən yenilənmiş pasport indeksi dərc edib.  

İndeksdə birinci yeri Yaponiya və Sinqapur tutur. Bu ölkələrin pasportları 227 mümkün olan istiqamətdən 190-na vizasız getməyə imkan verir. İkinci yerdə, vizasız 188 ölkəyə getmək imkanı ilə Almaniya, Finlandiya və Cənubi Koreya qərarlaşıb. Üç ay BƏƏ üçün ən uğurlu ay oldu. Ölkə rekord beş sətrə qalxıb və bir sıra Afrika ölkələrinə vizasız çıxış əldə edib. İndi BƏƏ 15-ci yeri tutur (172 istiqamət).

Azərbaycan 2019-cu ilin dördüncü rübündə indeksdə iki sətr qalxıb və indi 76-cı yerdədir.
Rusiya vətəndaşları Sierra Leoneyə vizasız giriş əldə etdilər və indi Rusiyalılar 117 ölkənin vizasız ziyarət edə bilərlər. Qazaxıstanın göstəriciləri eyni qaldı (75 ölkəyə vizasız səfər imkanı). Türkiyə üç ay ərzində iki ölkəyə vizasız giriş əldə edib və hazırda bu ölkə üçün vizasız istiqamətlərin ümumi sayı 112-dir.

Bütün xəbərlər